AZ

“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir 

“Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir.

"Unikal" xəbər verir ki, şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir. Bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir.  Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür. 

Müvafiq sənədlər “Asan İmza” və ya “Sima” elektron imzası vasitəsilə təsdiqlənir. Bu da e-sənədlərə ənənəvi şəkildə imzalanan sənədlərlə eyni hüquqi status verir. 

Qeyd edək ki, rəqəmsal sənədləşmə prosesində məlumatların təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur.  Ən əsası isə sənəd mübadiləsinin səmərəliliyini artıran bu dəyişiklik eyni zamanda kağız sərfiyyatını da minimuma endirməyə dəstək olur. 

“Azercell Biznes” ilə sənədləşmə indi daha rahat, təhlükəsiz və sürətlidir.

“Azercell Biznes”in bu və digər rəqəmsal transformasiya həlləri ilə daha ətraflı tanış olmaq üçün: 

https://www.azercell.com/az/corporate/mobile-communications/special-services/azercell-biznes.html

 

 

Seçilən
17
50
unikal.az

10Mənbələr