İlon Maskın “Tesla” şirkəti smartfon istehsal edə bilər.
KONKRET.az xəbər verir ki, milyarder “Apple” və “Google” senzura tətbiq edəcəyi halda bu addımı atacağını açıqlayıb:
“Əgər “Apple” və “Google” həqiqətən pis işlər görməyə başlasaydı, bilmirəm, tətbiqləri senzuraya salsaydı, məncə, biz öz smartfonumuzu yaradardıq”.
Lakin o, senzura dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Məlik,
KONKRET.az