AZ

Prezident: “Türkiyə Qırğızıstan üçün qardaş…”

Qırğız Respublikasının Prezidenti Sadır Japarov türk və qırğız xalqlarının "ortaq taleyinə inandığını" ifadə edərək, "Türkiyə Qırğızıstan üçün qardaş və strateji tərəfdaş ölkədir" deyib.

"Cebheinfo.az" xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə Prezident Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə keçirilən Altıncı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Toplantısında Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxış edib.

Türkiyə nümayəndə heyətinə "Xoş gəlmisiniz" demək istədiyini deyən Japarov, "Türkiyə Qırğızıstan üçün qardaş və strateji tərəfdaş ölkədir. İki ölkənin və iki xalqın taleyinin ortaq olacağına inanıram" deyib.

Japarov Prezident Rəcəb Tayyib Ərdoğanın yeni qurulan “İntımak Ordo” adlanan prezident binasının ilk qonağı olduğunu vurğulayıb.

Köçəri xalqlar üçün böyük əhəmiyyət kəsb edən qırğızların ənənəvi çadırlarını Türkiyəyə çatdırdıqlarını bildirən Japarov iki ölkə arasında əməkdaşlığın səviyyəsindən razı qaldığını vurğulayıb.

Seçilən
46
cebheinfo.az

1Mənbələr