Erməni konyakı tezliklə yeni brend – “Armenian brandy” ilə satılmağa başlayacaq.
Qaziler.azTASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Artıq ölkə spirtli içkinin markasının dəyişdirilməsi ilə bağlı Avropa İttifaqının müvafiq qurumlarını məlumatlandırıb. Bundan başqa, tərəflər “Armenian brendy”nin təbliği proqramını təsdiqləyiblər. Kampaniya noyabrın ikinci yarısında başlanmalıdır.
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan konyakı erməni konyakı adlandırmağı dayandırmağa çağırıb, çünki “konyak Fransanın qeyri-maddi dəyəridir”. Bunun əvəzində Paşinyan yerli istehsalçıların məhsullarını hətta ailələrdə belə “brendi” sözü əvəz etməyi təklif edib.
Qeyd edək ki, konyak adlı spirtli içki öz adını Fransanın Konyak şəhərinin şərəfinə almışdır. Avropa standartlarına görə, istehsal Fransadan kənarda baş verirsə, o zaman içkini konyak adlandırmaq olmaz.
QAZİLER.AZ