AZ

Ukrayna müdafiə nazirinin müavini işdən çıxarıldı

Ukrayna hökuməti müdafiə nazirinin müavini Yuri Djigiri vəzifəsindən azad edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

“Djigir Yuri Anatolyeviç Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, - deyə o, Telegram kanalında yazıb.

Qeyd edək ki, müdafiə naziri Rustem Umerov hələ oktyabrən əvvəlində onun istefa ərizəsini təqdim etmişdi.

Zaur, BakuPost

Seçilən
29
bakupost.az

1Mənbələr