AZ

Tramp artıq həyəcan təbili çalır- ÖZƏL

"ABŞ-də keçirilən Prezident seçkiləri nəticəsindən asılı olmayaraq bu seçki Amerika tarixində ən qalmaqallı seçki olaraq qalacaq. Düzdür, biz indiyə qədər də dəfələrlə ABŞ-da amizədlər arasında gərgin mübarizənin şahidi olmuşuq. Amma onların heç birində namizədlərin bir-birin qarşı aqressiyası, bir-birini aşağılaması və təhqir etməsi bu səviyyədə olmayıb.
Proqnozlara gəldikdə isə ABŞ-də kimin seçki yarışının qalibi olacağını əmin şəkildə proqnozlaşdırmaq mümkün deyil. Çünki ABŞ qanunvericiliyində seçkilərdə son söz sahibi faktiki olaraq seçicilər deyil. Seçilmiş nümayəndələrin, yəni təmsilçilərin sayı həlledicidir". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Məsələn, son seçkilərdə Tramp ABŞ tarixində seçicidən ən çox səs alan namizəd olmasına baxmayaraq nümayəndələrin səs çoxluğunu ala bilmədiyi üçün prezident seçilə bilmədi. Və ya ondan əvvəlki seçkilərdə Tramp və Klinton mübarizəsində Klinton seçicilərdən daha çox səs almasına baxmayaraq təmsilçilər Trampa üstünlük verdikləri üçün president də Tramp seçildi. İndi də seçici səsləri ilə proqnozlarda namizədlər arasında olduqca cüzi səs fərqi olmasına baxmayaraq təmsliçilərin kimə üstünlük verəcəyi məlum olmadığı üçün nəticəni də proqnozlaşdırmaq çətindir. Amma bir sıra ştatlarda Trampın Harrisi qabaqladığı da məlumdur.
Prezidentliyə namizəd olan Tramp artıq həyəcan təbili çalır və bir sıra ştatlarda keçirilən erkən seçkilərin nəticələrini şübhə alan açıqlamalarla çıxış edir. Son açıqlamasında Tramp 2020-ci ildə Ağ evi tərk etməsinin yalnış olduğunu və sonacan müarizə aparmalı olduğunu deyib. O bildirib ki, həmin vaxt nəticələrlə barışmaqla böyük səhvə yol verib. Bu isə o deməkdir ki, Trampın seçkilərin nəticələri ilə razılaşmayacağı halda biz keçən seçkilərdə olduğu kimi iğtişaşlara şahidlik edə bilərik. Elə mövcud hakimiyyətin ölkənin milli qvardiya və daxili qoşunlarını səfərbər etməsi və xüsusilə də Vaşinqtona əlavə qüvvələr gətirməsi də onu deməyə əsas verir ki, hakimiyyət ciddi şəkildə narahtlıq keçirir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr