Roman Qriqorçukun dövründə ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən pleymeyker Misli premyer-liqasının son üç turunda - “Səbail”, “Sabah” və “Araz-Naxçıvan” il’ oyunlarda start heyətində göründü.
Azarkeşləri üzən məsələ isə sabiq kapitanın Muxtar Respublika təmsilçisiylə oyunda zədələnməsidi. O, 80-ci dəqiqədə cərimə zərbəsini yerinə yetirərkən əzələsini dartdı və mübarizəyə davam edə bilmədi.
Eminin durumu necədi? Nağılı yenidən başlamışkən büdrədi, yoxsa hər şey qaydasındadı? Bu sualla “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdik:
“Emin Mahmudovun vəziyyəti normaldı. MRT müayinəsindən keçib və hansısa problem üzə çıxmayıb. Bu gündən etibarən məşqlərə başlayacaq. Qarşıdakı matçda meydana çıxa biləcəyi gözlənilir”.
Xatırladaq ki, “Neftçi” 13-cü turda “Şamaxı”nı qəbul edəcək.
KƏNAN BAHADIR