Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 3-də, paytaxtın Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, 10-JJ-056 qeydiyyat nişanlı "Cadillac" markalı avtomobilin sürücüsü geriyə hərəkət edərək arxadan gələn avtomobillərə təhlükə yaradıb.
Qanunvericiliyə görə, piyada keçidlərində, tunellərdə, körpülərdə, estakadalarda və onların altında, dəmiryol keçidlərində, ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə, avtobus dayanacaqlarında, o cümlədən yolayrıclarında geriyə hərəkət qadağandır. Lakin bu o demək deyil ki, digər yerlərdə geriyə hərəkətə istənilən formada icazə verilir. Geriyə hərəkət manevri ən qısa məsafədə həyata keçirilməlidir. Məsələn, parklanma edən zaman və parklanma yerlərindən çıxan zaman. Digər hallarda xeyli məsafədə geriyə hərəkət etmək qadağandır və hərəkət iştirakçıları üçün təhlükədir.
Təqdim etdiyimiz videogörüntüdəki sürücü geriyə hərəkət manevri ilə yanaşı, eyni zamanda dayanma-durma qaydasını da pozub.
Sözügedən videonu təqdim edirik.
Fərid