AZ

"Media savadlılığı" mövzusunun orta təhsil proqramlarına daxil edilməsi təklif olunub

Qazaxıstan Respublikasının Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin və Azərbaycan Respublikasını Medianın İnkişafı Agentliyinin təşkilatçılığı əsasında “Zoom” proqram təminatı vasitəsilə Azərbaycan və Qazaxıstandan olan jurnalistlərin iştirakı ilə “Media Savadlılığı” mövzusunda birgə təlim-seminar keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova cəmiyyətin media savadlılığının artırılması istiqamətində tədbirlərdən danışıb.

O bildirib ki, cəmiyyətdə media savadlılığının artırılması məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra treninqlər təşkil olunub. Bu treninqlərin jurnalistlərin media savadlılığının yüksəldilməsi üçün əhəmiyyətindən danışan V. İsgəndərova prosesin davam etdiriləcəyini deyib.

Eyni zamanda MEDİA Agentliyi tərəfindən əhalinin media savadlılığının artırılması məqsədilə xüsusi İnformasiya Resursunun hazırlandığı da bildirilib. Qeyd edilib ki, həmin portalda bu sahədə həyata keçirilən layihələr və yeniliklər barədə mütəmadi olaraq məlumatlar təqdim olunur.

Diqqtə çatdırılıb ki, həmin internet resursunun müxtəlif dillərdə geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

Jurnalist Ramella İbrahimxəlilova söyləyib ki, bir sıra media nümayəndələri bu sahədə maarifləndirmə tədbirlənini azlığından hazırladıqları materialları hüquqi cəhətdən əsaslandırmaqda çətinliklərlə üzləşir:

“Mənə elə gəlir ki, media savadlılığının artırılması üzrə müzakirələr ənənəyə çevrilməlidir. Çox yaxşı olardı ki, analoji tədbirlərdə həyata keçirilən tədbirlərin daha geniş ictimaiyyətə çatdırılması üçün imkanlar genişləndirilsin. Təəssüf ki, bir sıra jurnalistlər reportajlarını hüquqi cəhətdən əsaslandırmaqda çətinlik çəkir. Belə olan halda analoji tədbirlərin keçirilməsi ilə bağlı məsələ daha da aktuallaşır. Konflikt jurnalistikası barədə təsəvvürlərin az olduğu bir şəraitdə analoji tədbirlər önəmlidir”.

Qazaxıstan Prezidenti Yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Rauşan Baltabayeva əcnəbi jurnalistlərin ölkəsində akkreditasiyası ilə bağlı prosedurlardan danışıb.

O bildirib ki, bunun üçün təmsil etdiyi quruma rəsmi müraciət etmək, sorğu qəbul edildikdən sonra isə müvafiq hüquqi prosedurların həyata keçirilməsi tələb olunur.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin təmsilçisi Anar Mukatayeva isə bu prosedurların hüquqi cəhətdən sadələşdirilməsi üçün son illərdə bir sıra mühüm addımların atıldığını qeyd edib.

Tədbirdə həmçinin “Media Savadlılığı” mövzusunun bir fənn kimi orta təhsil proqramlarına daxil edilməsi də təklif olunub.

Seçilən
31
1
apa.az

2Mənbələr