AZ

SN Xankəndidə əhali üçün kardioloji müayinələr və Qarabağ Universitetində maarifləndirmə aksiya təşkil edib

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub. Belə ki, Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün kardioloji müayinələr təşkil edilib.

Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.

Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Tədbirin davamı olaraq ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Urəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.

İnstitutun direktoru Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edərək, müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb. Həmçinin, Kardiologiya

İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda təqdimatlar edilib.

Aksiya zamanı ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə Qarabağ Universitetinin tələbələri üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub. Eyni

zamanda, tədbir çərçivəsində arzu edənlərin boy və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Seçilən
21
9
adalet.az

10Mənbələr