AZ

Təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşdi

Misli Premyer Liqasında III turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşib.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Rauf Cabarov idarə edəcək.

Ona meydanda Eyyub İbrahimov və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı yer alacaqsa, AVAR hakimi Kamran Bayramov olacaq.

Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

“Bodo-Qlimt” - "Qarabağ" oyununun hakimləri bəlli olub

“Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb

UEFA millimizin rəqibini cərimələyib

"Nürnberq"in baş məşqçisi: “Mahir o qədər də yaxşı oynamadı"

“Fənərbaxça”da ciddi itki

Seçilən
15
apasport.az

1Mənbələr