Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatrəhbərlərinin iştirakı ilə Uzunoba kəndində növbəti dəfə səyyarqəbul keçirib.
Trend xəbər verir ki, qəbuldaUzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olanUzunoba, Baraxum, Xəzərli,Şıxlı, Meçitoba,Şərifoba,Tikanoba vəYataqoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yolların təmiri, qaz təchizatının bərpası,elektriktəsərrüfatının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.
Səyyar qəbuldan sonra Uzunoba kəndində “Yaşıl dünya naminəhəmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayonİcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq mühafizəorqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər kəndinərazisinə yeni ağaclar əkiblər.