AZ

Dini Liderlərin Bakı Qlobal Sammiti bəşəriyyətin problemlərinin həllinə öz töhfəsini verir - Əli Erbaş

Bakı. Trend:

Bu gün Azərbaycanda keçirilən Dini Liderlərin Bakı QlobalSammiti bəşəriyyətin problemlərinin həllinə öz töhfəsini verir.

Trend xəbərverir ki, bunu sammitdə iştirak edən Türkiyə Diyanət İşləri naziriƏli Erbaş jurnalistlərə deyib.

O bildirib ki, bu sammit öz məqsədlərinə nail olacaq.

“Bəşəriyyətin qarşılaşdığı problemlərin müzakirə edilərək həllyollarının tapılması vacibdir. Bu baxımdan bu sammit mühüməhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
34
4
az.trend.az

1Mənbələr