"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasının "Sportinq"lə oyunu öncəsi komandasının heyətlə bağlı problemləri ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə portuqaliyalı oyunçu UEFA-nın mətbuat xidmətinə danışıb.
Silva hazırda “şəhərlilər”in heyətində çox vacib oyunçu olmadığını, lakin heç kim bəhanə axtarmayacağını qeyd edib.
“Mançester Siti"də bunu etmək adət deyil. Biz həmişə qalib gəlməyə qadirik”
Xatırladaq ki, Çempionlar Liqasının ilk üç oyununda Pep Qvardiolanın komandası yeddi xal toplayıb. "Mançester Siti" - "Sportinq" görüşünün gedişini onlayn mətn yayımımızdan izləyə bilərsiniz.