ABŞ-da müddətsiz yaşamaq və işləmək hüququ verən “Green Card 2026” müraciət üçün 2 gün qalıb.
İndex.az xəbər verir ki, “Green Card” üçün 7 noyabr son tarixdir. Bu tarixdən sonra təqdim olunan müraciətlər qəbul edilməyəcək.
Bəs “DV2026 Green Card” üçün necə müraciət etmək olar?
“Green Card” müraciətləri zamanı nəzərə alınması lazım olan kritik detallar var. Çünki ərizə qəbulu zamanı edilən bircə səhv belə, geri dönülməzdir və diskvalifikasiyaya səbəb ola bilər. Ona görə də müraciət edərkən bütün məlumatlarınızı tam və dəqiq daxil etməlisiniz.
Müraciət etmək üçün bilməli olduğunuz detallar bunlardır.
İlk növbədə müraciət etmək üçün 18 yaşdan yuxarı və ən azı orta məktəb məzunu olmalısınız.
Əgər orta məktəb məzunu deyilsinizsə, təhsil və ya təcrübə tələb edən bir işdə 2 il işləmiş olmalısınız. Ancaq bu təhsil prosesi son 5 il ərzində olmalıdır.
Evli şəxslər tərəfindən edilən müraciətlərdə onların həyat yoldaşları və 21 yaşdan kiçik uşaqları da bu hüquqdan yararlanır. Lakin müraciət zamanı onları əlavə etmək lazımdır.
Tətbiqdə istifadə olunan fotoşəkilin yeni olması vacibdir.
Müraciət üçün ingilis dili tələbi yoxdur.
Müraciətdən sonra verilən Təsdiq nömrəsi saxlanmalıdır.