İsrailin 395 gün ərzində mülki şəxslərə hücum etdiyi Qəzza zolağında ölənlərin sayı 43 391 nəfərə, yaralıların sayı isə 102 261 nəfərə çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Verilən məlumatda, İsrailin son 17 saat ərzində etdiyi 3 hücumda 86 fələstinlinin öldüyü və 24 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, İsrail qüvvələrinin Qəzzanın şimalındakı əhaliyə təzyiq göstərməyə çalışaraq 14 gün ərzində humanitar və tibbi xidmətləri pozmağa davam etdiyi də qeyd olunub.
Oksana