Türkiyənin şimal-qərbində Tüpras neft emalı zavodunda baş verən partlayış və yanğından sonra 12 işçi xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən olmayıb.
"Kompressorda təmir işləri aparılarkən yanğın baş verib. İlkin məlumata görə, 12 əməkdaşımız yüngül bədən xəsarətləri alıb və müayinə olunmaq üçün xəstəxanaya göndərilib. Yanğın nəzarətə götürülüb. Zavodun digər sahələrində də işlər adi qaydada davam edir", - Tüpras açıqlamasında bildirib.
Bundan əvvəl zavodun yerləşdiyi Kocaeli şəhərinin bələdiyyə sədri Tahir Büyükakın NTV telekanalına açıqlamasında partlayışın zavodda planlaşdırılan təlim zamanı baş verdiyini bildirib.