Türkiyənin İzmit şəhərində, körfəzdə yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayışdan sonra baş verən yanğın nəzarətə götürülüb və zavodda digər işlər davam edir.Bu barədə TÜPRAŞ şirkətindən verilən açıqlamada bildirilib.Məlumata görə, saat 13:30 radələrində TÜPRAŞ neft emalı zavodunda kompressora texniki xidmət işləri zamanı yanğın baş verib. Zavodun işçiləri hadisəyə dərhal müdaxilə ediblər."İlkin məlumatlara görə, 12 həmkarımız yüngül şəkildə yaralanıb və müayinə olunmaq üçün xəstəxanaya göndərilib. Yanğın nəzarətə götürülüb və cihazın işi nəzarətli şəkildə dayandırılıb. Zavodda digər fəaliyyətlər normal rejimdə davam edir", - deyə məlumatda qeyd edilib.
Diqqət Çəkənlər
ABŞ-ın şimalında bir şəhər prezident seçkilərinin nəticələrini ilk elan edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib