2024-cü il Paris Olimpiadasında qadınlar arasında boksda qızıl medal qazanan əlcəzairli idmançı İmane Xelifin cinsiyyəti ilə bağlı sənədlər internetə sızdırılıb. Metbuat.az xəbər verir ki, fransız jurnalist Djaffar Ait Aoudia tərəfindən əldə edilən və ictimaiyyətə açıqlanan hesabata görə, Xelif XY xromosomlarına malikdir. Ötən il Əlcəzairdəki xəstəxananın mütəxəssisləri tərəfindən hazırlanan hesabatda Xelifin uşaqlığının olmadığı irəli sürülüb. Qeyd edək ki, İmane Xelifin cinsiyyəti barədə iddialar bundan əvvəl də gündəmə gəlmişdi. Daha əvvəl Xelifin XY xromosomlarına sahib olduğu gündəmə gətirilib və Beynəlxalq Boks Assosiasiyası onun 2023-cü ildə Yeni Dehlidə keçirilən Dünya Çempionatında qızıl medal uğrunda mübarizədə iştirakını qadağan edib.