AZ

Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar

Ermənistanda müzakirə olunan aktual mövzulardan biri də rəsmi İrəvanın Bakıda keçirilən COP29 sammitində iştirak edib-etməyəcəyi məsələsidir.

Musavat.com “Kavkazskiy uzel” saytına istinadən xəbər verir ki, politoloq Andrias Qukasyan buna qarşı olduğunu deyib.

Qukasyan bildirib ki, hazırda Azərbaycan və Ermənistan məhbuslardan kimin azad olunacağı ilə bağlı bazarlıq edirlər.

Revanşist politoloq Ermənistan rəhbərliyinin İrəvanda COP29 keçirməkdən imtina etməsini və Bakıda keçirilməsinə razılıq verməsini böyük səhv hesab etdiyini söyləyib. Konfransı məhbus problemi ilə əlaqələndirmək isə onun fikrincə, “qeyri-qanunidir, İrəvan üçün alçaldıcıdır və Ermənistan hakimiyyəti bəhanəyə yol verə bilməz”.

Yerli ekspert Naira Ayrumyan Ermənistan COP29-a ev sahibliyi etməkdən imtina edəndə məhbusların qaytarılması ilə bağlı razılaşma əldə olunduğunu iddia edib.

Onun fikrincə, separataçı qurumun “hərbi-siyasi rəhbərliyi” məsələsi tamamilə fərqli qərarlar, xüsusən də Bakının şərtləri ilə sülh müqaviləsinin imzalanması kontekstində həllini tapacaq. Ayrumyan Bakıda hansısa sənədin imzalanacağını da istisna etməyib.

Musavat.com

Seçilən
21
7
musavat.com

8Mənbələr