İraqın şimalında separatçı terror təşkilatı PKK-nın üzvü olan 3 nəfər zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabında mövzu ilə bağlı açıqlama verilib. “Uğurla davam edən Pəncə-Kilid əməliyyatı çərçivəsində Metina bölgəsində görülən 3 PKK-lı terrorçu hava əməliyyatı ilə zərərsizləşdirilib” deyə bildirilib.