AZ

Ukraynada “dil patrulları” işə başladı: Rus dilində danışanları...

Ukraynanın İvano-Frankovsk şəhərində “dil patrulları” fəaliyyətə başlayıb. Müfəttişlər rusdilli vətəndaşlara yaxınlaşaraq onları pulsuz Ukrayna dili kurslarına yazılmağa təşviq edirlər.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Videolardan birində patrul könüllüsü rus dilində ünsiyyət qurduqlarına görə satıcı və adi yoldan keçəni danlayıb.

"Strana.ua" nəşri qeyd edir ki, rus dilində ünsiyyət Ukraynanın dil qanunvericiliyinin pozulması deyil.

Sentyabrda İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv demişdi ki, şəhərdə insanlar daha çox rus dilində danışmağa başlayıblar və buna görə də yerli hakimiyyət orqanları dil müfəttişlərinin işini təşkil etmək qərarına gəlib. Onun sözlərinə görə, bu, həm şəhər, həm də bütövlükdə Ukrayna üçün “problemdir”.

Politoloq İnna Litvinenko isə izah edib ki, İvano-Frankovskda dil müfəttişlərinin yaradılması qərarı şəhər merinin Ukrayna prezidenti Vladimir Zelenskiyə necə “xeyirxahlıq etdiyini” göstərir.

Seçilən
9
publika.az

1Mənbələr