AZ

Hidrogen yanacağı təmizdirmi? - FOTO

Son illərdə hidrogen mühərrikləri üzərində işlər  sürətlənsə də, bu texnologiya yeni sayıla bilməz.

Avtosfer.az xəbər verir ki, bu texnika üzərində iş 70-ci illərdə başlayıb. Elə o zaman hidrogenin yanacaq kimi istifadəsinin üstünlükləri ilə yanaşı çətinlikləri də ortaya çıxıb.
Hidrogenin yanma sürəti benzindən dəfələrlə çoxdur. Bu, kasıb yanıcı qarışığın asan alışmasına imkan verir. Son nəticədə ekoloji zərər aşağı olur. 
Lakin hidrogen mühərrikində yanma belə sürətli getdiyi üçün yanma məhsulları çıxış kollektoruna qayıdırdı. Mühəndislər bunu aradan qaldırmaq üçün 30 ildən çox baş sındırdılar. İndi isə başqa çətinlik ortaya çıxıb.
Məlum olub ki, hidrogen mühərriklərindən çıxan işlənmiş qazlar təkcə su buxarından ibarət deyil. Bu mühərriklər çox böyük həcmdə azot oksidi hasil edir. Problemin həlli yolu axtarılır.
Kaliforniya Universitetinin tədqiqat qrupu yeni katalizator hazırlayıb. Bu katalizatorda platinlə yanaşı zeolit, yəni alüminium tərkibli kristallar da tətbiq edilir. Laboratoriya sınaqları müsbət nəticə verib. Havaya buraxılan azor birləşmələrinin həcmi 5 dəfə azalıb. Lakin məhsulun istehsala tətbiqi kifayət qədər vaxt tələb edir.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
49
avtosfer.az

1Mənbələr