AZ

Deputat seçiciləri ilə görüşdü - Problemlərin həlli üçün dövlət qurumlarına müraciət etdi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən 05 noyabr 2024-cü il tarixində Ucar rayon A.Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbində Bərgüşad kənd seçiciləri ilə görüşüb.    Manset.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən Bərgüşad kəndinin elektrik xətlərindəki problemi, məişət qaz yanacağında təzyiqin normadan aşağı olması problemi, kənd ərazisində uşaq baxçasının yenidən tikilməsi, işsizlik, sosial problemlərin həlli, müalicə, su və şirə arxlarının qazılması, torpaq məsələləri, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.  Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. Görüşdə seçicilərdən bir neçə nəfər artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Seçicilərlə görüşdən sonra deputat Ramil Həsən Bərgüşad kəndində Birinci Qarabağ müharibəsinin şəhidləri - itgin şəhid İbrahimov Vaqif Əziz oğlunun anası Minarə İbrahimova və Azayev Heydar Əlövsət oğlunun anası Minə Azayeva ilə görüşüb söhbətlər aparıb. 
 
Onu da qeyd edək ki, deputat Ramil Həsən hər ay seçicilərilə görüşür, mütamadi olaraq əlamətdar günlərdə və bayramlarda müxtəlif aksiyalar keçirərək seçicilərinin yanında olur, onların qaldırdıqları problemlər dinlənilir, həlli üçün qanunauyğun müvafiq addımlar atılır.

Seçilən
125
3
manset.az

4Mənbələr