Manuel Noyerin növbəti mövsümə hansı klubda başlayacağına hələ də aydınlıq gəlməyib.
Onun yeni müqaviləsi ilə bağlı məsələ təxirə düşüb.
“Bavariya” rəhbərliyi təcrübəli futbolçu ilə müqaviləni ilin sonuna qədər yeniləməyi düşünürdü. Lakin Münhen klubu bu planda tələsməməyə qərar verib. Noyerin aqibətini böyük ölçüdə cari mövsümün ikinci yarısındakı çıxışı müəyyən edəcək. 38 yaşlı qapıçının müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Onun “Bavariya”da 2011-ci ildən çıxış etdiyini də bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta