AZ

Bakı və İrəvanı buna məcbur etmirik - Lavrov

Rusiya İrəvan və Bakını tələsik sülh müqaviləsi bağlamağa məcbur etmir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan mühüm irəliləyişi alqışlayırıq. Hər iki tərəfdən uzun illər davam edən düşmənçilik və qurbanları nəzərə alaraq, Bakı və İrəvan üçün normallaşmada irəliləyiş əldə etməyin nə qədər çətin olduğunu başa düşürük. Bütün bunlar qarşılıqlı məqbul həllərin tapılması üçün tərəflərdən nəinki əhəmiyyətli səylər, həm də vaxt tələb edir. Bu səbəbdən, Qərb psevdovasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh müqaviləsi bağlamağa məcbur etmirik”, - Lavrov bildirib.

Seçilən
32
2
axar.az

3Mənbələr