AZ

“Ermənistan konkret olaraq addım atmalıdır" - ŞƏRH EDİLDİ

“Ermənistan COP29-da iştirakı ilə bağlı dəqiq fikir bildirmir. Bir ara Ermənistan xarici işlər nazirinin iştirak etməsi ilə bağlı fikirlər səslənsə də, nə dərəcədə real olduğu bilinmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Ermənistan tərəfi COP29-a qədər hansısa sənədin imzalanması və o fonda Azərbaycanda keçiriləcək tədbirdə iştirakla bağlı fikirlər səsləndirib: “Amma burada konkret məsələ var. Belə ki, Azərbaycan Ermənistan konstitusiyasında ölkəmizə qarşı ğərazi iddiaları olduğu təqdirdə hər hansı sülh sazişinin imzalanmasını faktikini olaraq mümkünsüz hesab edir və haqlıdır. Çünki belə olan halda saziş imzalansa belə heç bir mənası olmayacaq.

Ermənistanın sürətli şəkildə silahlanması fonunda onların yenidən müharibə cəhdi ehtimalı da yüksəkdir. Biz təbii ki, Paşinyanla sülh sazişi imzalamırıq. Azərbaycan Ermənistanla sülh sazişi imzalayır. Buna görə də Ermənistan konkret olaraq addım atmalı və ərazi iddialarından əl çəkməlidir. Müəyyən görüşlər baş tuta bilər, amma qeyd olunan şərtlər xaricində sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Ermənistan COP29-da məcburi olaraq da iştirakını təmin etməyə çalışacaq”.

Seçilən
28
sia.az

1Mənbələr