AZ

Çin Hərbi Dəniz Qüvvələrindən hərbi qulluqçulara SOSİAL ŞƏBƏKƏ XƏBƏRDARLIĞI

Çin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi gənc hərbi qulluqçuları sayıq olmağa və onlayn tanışlıq və qumar saytlarında qeydiyyat da daxil olmaqla ehtiyatsız onlayn fəaliyyətlərdən çəkinməyə çağırıb.

"İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  Çin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinin WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd etdiyi kimi, ehtiyatsızlıq hərbçinin özü üçün təhlükə yarada və ölkənin silahlı qüvvələrinin döyüş effektivliyinə xələl gətirə bilər.

Çin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi hərbçilərə silahlı qüvvələrdə xidmət faktını onlayn açıqlamamağı tövsiyə edib. Əks halda onlar cinayətkarlar üçün “asan hədəfə” çevrilə və “tələyə düşə bilərlər”.

Seçilən
22
ikisahil.az

1Mənbələr