AZ

Vətəndaşlar xəstəxananın təmirsiz olmasından narazıdırlar - "Təmir işlərinə başlanılıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətəndaşlar Quba Rayon Mərkəzi Xəstəxanasının təmirsiz olmasından narazıdırlar.
Bu barədə onlar Oxu.Az-a ünvanladıqları şikayətdə bildiriblər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hazırda Quba Rayon Mərkəzi Xəstəxanasında cari təmir işlərinə başlanılıb:
"Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzində də təmir işləri plana uyğun olaraq icra olunur. Qısa müddət ərzində təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, tabeli tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün infrastrukturun yenilənməsi, eləcə də tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi zəruri addımlar atılır", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif
Seçilən
40
oxu.az

1Mənbələr