AZ

Belə nəticədə Avropa qurumlarındakı deputatlarımızın da məsuliyyəti var...

Image

Avropa qurumları yalniz 27 ölkəyə xidmət edir, qalanları maraqlı deyil

Avropa Birliyi 27 ölkədən ibarət federativ dövlət formasına uyğun bir struktur yaradıb. Bu stiruktur Avropa ölkələrinin siyasi münasibətlərini və bütün vətəndaslarının əminamanlığını və rifahını yüksək səviyyədə təmin edir. 

Digər region ölkələrini isə şirnikləndirərək, özlərinin Avropaya xidmət etmək üçün təsis etdiyi qurumlarda təmsil olunmağa sövq edirlər. Avrasiya ölkələrinin parlament korpusları, o cümlədən də Azərbaycanın Milli Məclisinin deputatları  bu qurumda üzvlük haqqi ödəməklə iştirak edirlər və yalniz haqlı-haqsız tənqidə tuş gəlirlər.

Açıq mənbələrdən əldə edilən məlumatlarda bildirilir ki, Avropa İttifaqı sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 27 üzv dövlətdən ibarətdir. İttifaqın içində ortaq qurumları olan üç İttifaq yer alır. Birincisi 1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad İttifaqıdir. Daha sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa İqtisadi İttifaqı və Avropa Atom Enerjisi İttifaqı (EURATOM) qurulmuşdur. İttifaqlar bu müddətin sonunda üzv dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar. 1992-ci ildə Maastriçdə imzalanan Avropa İttifaqı Anlaşması ilə iqtisadi və pul İttifaqı formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir Avropa İttifaqı qurulmuşdur. Avropa İttifaqını bənzəri olan iqtisadi birliklər və ya əməkdaşlıq elədiyi qurumlardan fərqləndirən ən böyük xüsusiyyət təşkilati bünövrəsidir. İttifaqı idarə edən qurumlar bunlardır: Demokratik yollarla seçilən Parlament, Üzv Dövlətləri təmsil edən və nazirlərdən ibarət Şura, Avropa Dövlət və Hökumət Başçıları Zirvəsi, Anlaşmaların qoruyucusu olan Komissiya, İttifaqın hüququna uyğunlaşmanı təmin edən Ədalət Divanı və İttifaqın Maliyyə idarəsinə nəzarət edən Ali maliyyə məhkəməsi. Bundan başqa iqtisadi, sosial və regional mənfəət qruplarını təmsil edən müxtəlif məsləhət heyətləri vardır. İttifaqın taraz inkişafına yardım edən layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə qurulan bir Avropa İnvestisiya Bankı mövcuddur. Bunlardan başqa Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı və təftişetmə qurumu və şikayət qəbul edən Ombudsman mövcuddur.

Avropa Parlamenti Avropa Birliyinə üzv dövlətlərin milli parlamentləri ilə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir və Birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir. Birliyin o biri vacib qurumları Avropa Birliyinin Şurası və Avropa Komissiyasıdır.

Avropa İttifaqı Şurası Avropa Parlamenti ilə birlikdə Avropa İttifaqının iki qanunverici orqanından biri və Aİ-nin yeddi qurumundan biridir.

Avropa Komissiyası Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur.

Göründüyu kimi, Avropa İttifaqına daxil olan bütün qurumlar yalnız 27 Avropa dövlətinə xidmət məqsədi ilə qurulub. Azərbaycan isə Avropa İttifaqının üzvü olmadığı halda Avropa qurumlarının, demək olar ki, hamısı ilə əməkdaşlıq edir, onlara həm üzvlük haqqı verir, həm də orada müəyyən sayda deputatlarla təmsil olunur. Hər il dövlət büdcəsindən bu istiqamətə milyonlarla vəsait xərclənir. Bəs qazancımız nədən ibarətdir? Ötən il yanvar ayından Avropanin mötəbər qurumlarından biri olan  AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləmədi, heyəti səsvermə hüququndan məhrum etdi. Gələn il də Azərbaycan deputatlarının mandatının təsdiqlənəcəyi sual altındadır.

Bu gunlərdə isə Avropa Parlamenti Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və Azərbaycandan qazın alınmasının dayandırılmasını tələb edib.

Bu ilin aprel ayında isə avropalı deputatlar Avropa İttifaqını, onların təbirincə, ciddi insan haqları pozuntularına yol vermiş azərbaycanlı məmurlara qarşı sanksiyalara çağırıblar.

Ötən ilin sentiyabr ayında Azərbaycan Ordusu taninmıs ərazilərimizdə antiterror əməliyyatı keçirdikdən sonra AŞPA deputatları, demək olar ki, Assambleyanın hər iclasında Azərbaycanı etnik təmizləmədə, əsirləri təhvil verməməkdə, "Qarabağ erməniləri"nin geri qaydışını təmin etməməkdə və daha nələrdə suçlayır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan deputatları təmsil olunduqları Avropa qurumlarında ölkəni layiqincə təqdim edə, dövlət maraqlarıni qoruya bilmir. Bəlkə də artıq  bu mümkün deyil... Elə isə bizim deputatların Avropa təsissatlarında iştrakına nə hacət var?

Məntiq onu deyir ki, Azərbaycan bu deputatlarla Avropa qurumlarında təmsil olunur ki, dövlətin maraqları qorunsun, əgər bizim deputatlar həmin maraqları qoruya bilmirsə və ya o maraqları qorumaq mümkün deyilsə, biz nədən xərc çəkib sözügedən qurumlarda təmsil olunmalıyıq? Fikrimizcə, Azərbaycan üçün ən optimal variant bütün Avropa qurumlarını boykot etməkdir. Bu həm dövlət büdcəsinin xərclərini azaldar, həm də qarşı tərəfə bir təzyiq vasitəsi kimi səmərəli addım olardı.

Dəniz NƏSİRLİ





Seçilən
42
baki-xeber.com

1Mənbələr