AZ

“Mançester Siti” ilə “Aston Villa” mübarizəni dayandırdı - İCMAL

Həftəiçi Liqa kubokunda 1/8 final oyunları keçirildi.

İngiltərə futbolunun nəhənglərindən “Tottenhem”lə “Mançester Siti”nin dueli böyük maraq doğururdu. “Mahmızlar”ın vurduğu erkən qol oyunun sonrakı axarına böyük təsir göstərdi. Hissənin ortalarında isə fərq artdı. Kornerin ardından Kulusevskinin zərbə mövqeyinə çıxardığı Sarr topu küncə göndərdi. Sanki öz cəsarətindən qorxan “Tottenhem” hissənin sonunda meydanın özünə aid hissəsinə çəkildi və cəzalandı. Hətta eksperimental heyətlə də çoxlu qol vəziyyəti yaradan “şəhərlilər” Nunyeşin sayəsində qollardan birinin əvəzini çıxsalar da, bundan artığını bacarmadılar. 2-ci hissə də qarşılıqlı hücumlar şəraitində keçdi. Qvardiola artıq neçənci dəfədi ki, 2-ci dərəcəli turniri arxa plana keçirir, daha vacib turnirlərə köklənir. “Tottenhem” üçün isə əksinə, Liqa kuboku prioritetlərdən biridi. Ən azı ona görə ki, başqa cəbhələrdə uğur qazanmaq çətindi.

MS ilə yanaşı, “Çelsi” də mübarizəni dayandırdı. “Nyukasl” ilə “Çelsi” son 4 gündə 2-ci dəfə qarşılaşdı. Bu dəfə nəticə premyer-liqadakından fərqli oldu. “Sağsağanlar” “zadəganlar” üzərində inamlı qələbə qazandı. Gözlənildiyi kimi, “Çelsi”nin baş məşqçisi Entso Mareskla rotasiyaya əl atdı, elə meydan sahibləri də qarışıq heyətlə oynadı. Artıq 3-cü dəqiqədə Joelintonun zərbəsi dirəkdən döndü. “Çelsi”nin müdafiə xətti bir qədər sonra – hissənin ortalarında təslim oldu. “Nyukasl” pressinq sayəsində topu ələ keçirdi və İsak hesabı açdı. Cəmi 3 dəqiqə sonra “sağsağanlar” fərqi artırdı – Uillokun zərbəsindən sonra Disasi “qapıların yerini səhv saldı”. 2-ci hissə “Çelsi”nin böyük ərazi üstünlüyü şəraitində və qol vəziyyətləri fonunda keçsə də, hesab dəyişmədi. Oyunboyu cəmi bir dəyişikliyə əl atan Mareska sanki mübarizəni dayandırmağa razı idi. Onun komandasını bazar günü “Old Trafford”da çətin oyun gözləyir.

“Brayton” – “Tottenhem” oyunu birmənalı alınmadı. Bir tərəfdən, eksperimental heyətlə oynayan “qırmızılar” matçın əksər bölümündə özünü inamlı hiss etdi. Digər tərəfdən, “Brayton” 2-ci hissədə rəqibə böyük problemlər yaşatdı və az qala məğlubiyyətdən qurtulacaqdı. Bu oyunda bütün qollar 2-ci hissədə vuruldu. Qakponun dublu ilə 2:0 önə çıxan “Liverpul” 81-ci dəqiqədə rəqibin fərqi azaltmasına imkan verdi. 85-ci dəqiqədə növbəti dəfə iki top fərqi bərpa olundu. Ancaq sonluq qonaqlar üçün əsəbi keçdi və Lempti yenidən fərqi minimuma endirdi.

“Mançester Yunayted” sanki Ten Haqın istefasını gözləyirmiş. “Old Trafford”a toplaşan 70 mindən artıq tamaşaçı bu komandanın “Lester”lə oyununun ilk yarısında 6 qol gördü. Kazemiro dubl etdi, Qarnaço ilə Fernandeş hərəyə bir qol vurdu. “Tülkülər”dən isə Əl-Hannusla Kodi fərqləndi. Təbii ki, 2-ci hissə daha praqmatik alındı. Bununla belə, 2-ci yarıda da “Yunayted” hesabda üstün oldu. Saatın tamamında təkbətəkdən yararlanan Fernandeş də dubl etdi. Psixoloji yükü çiynindən atan MY “Çelsi” ilə oyuna yüksək əhval-ruhiyyədə hazırlaşmaq imkanı qazandı.

Bu mərhələnin qalan oyunlarına gəlincə, “Arsenal” çempionşipin autsayderlərindən “Preston”u asanlıqla məğlub etdi. Premyer-liqada yüksək yerlər uğrunda mübarizə aparan, ÇL-də lider olan “Aston Villa” gözlənilmədən aşkar autsayder “Kristal Pelas”a uduzdu. Qalan iki cütdə isə elita klubları çempionşip təmsilçilərinin öhdəsindən gəldi.

1/8 final
Tottenhem – Mançester Siti 2:1

Verner, 5. Sarr, 26 – Nunyeş, 45+4.
Tottenhem: Vikario, Qrey, Romero (Devis, 52), Drequşin, Van de Ven (Udoci, 14), Bentankur, Sarr (Bissuma, 46), Kulusevski, Conson (Mur, 68), Solanke, Verner (Rişarlison, 69).
MS: Orteqa, Lüis, Stounz, Diaş (Qvardiol, 46), Ake (Simpson-Püzi, 74), Gündoğan (Kovaçiç, 46), Makeyti, O”Rayli, Savinyo (Rayt, 62), Foden (B.Silva, 58), Nunyeş.

Nyukasl – Çelsi 2:0
İsak, 23. Disasi, 26-öz qapısına.
Çelsi: Yorgensen, Disasi, Adarabioyo, Badyaşil, Kukurelya, Fernandes, Veyqa, Dyusberi-Holl (Madueke, 57), Mudrik, Feliş, Nkunku.

Brayton – Liverpul 2:3
Adinqra, 81. Lempti, 90 – Qakpo, 46; 63. Dias, 85.
Liverpul: Yaroş, Bredli, Qomes, Kuansa (Konate, 90+2), Robertson, Endo (Nyoni, 64), Cons, Morton (Makallister, 64), Soboslai (Nunyes, 71), Qakpo (Salah, 71), Dias.
Mançester Yunayted – Lester 5:2
Kazemiro, 15; 39. Qarnaço, 28. Fernandeş, 36; 59 – Əl-Hannus, 33. Kodi, 45+3.
MY: Bayındır, Dalot, De Liqt (Evans, 72), Lindelöf, Martines (Mazraui, 62), Kazemiro, Uqarte, Reşford (Dyallo, 63), Fernandeş, Qarnaço (Heylunn, 73), Zirkzee (Uitli, 85).

Preston (D-2) – Arsenal 0:3
Jezus, 24. Nvaneri, 33. Haverts, 57.
Arsenal: Setford, Zinçenko (Lüis-Skelli, 62), Kivyor, Saliba, Timber (Parti, 46), Merino (Haverts, 46), Jorjinyo, Nvaneri (Heven, 80), Martinelli (Saka, 62), Sterlinq, Jezus.

Aston Villa – Kristal Pelas 1:2
Düran, 23 – Eze, 8. Kamada, 64.

Sauthempton – Stok Siti (D-2) 3:2
Harvud-Bellis, 19. Armstronq, 35-p. Bri, 88 – Fillips, 45. Kennon, 54.

Brentford - Şeffild Uensdey (D-2) 1:1, p. – 5:4
Şade, 11 – Qassama, 57.

1/16 final: Nyukasl – Uimbldon 1:0 (Şer, 45+1-p.).

1/4 final mərhələsinin oyunları dekabrın 17-18-də keçiriləcək: Tottenhem – Mançester Yunaytad, Sauthempton – Liverpul, Arsenal – Kristal Pelas, Nyukasl – Brentford.

Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Hər şey yetərincə sadədi... Plan ondan ibarət idi ki, Holann bu oyunda meydana çıxmasın. Bu mövsüm artıq çox oyun keçirib. Bu həftə bərpa olunmaq imkanı olmayacaqdı deyə, onun əməyindən yararlanmağı lazım bilmədim”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Rəqibin qolunda sonra 10 dəqiqəliyə oyunun axarına nəzarəti itirdik. Bundan istifadə edib 2-ci qolu da vurdular. İlk yarının son 10 dəqiqəsində iki-üç real qol vəziyyəti yaratsaq da, təəssüf ki, bunlardan yararlana bilmədik. İkinci yarıda oyunun axarına nəzarət etdik. Bilirəm ki, əsas nəticədi. Biz isə 10 dəqiqə ərzində oyunu əldən verdik. Qalan vaxt ərzində yetərincə yaxşı oynadıq”.
Seçilən
43
football-plus.az

1Mənbələr