Qərbdəki saxta vasitəçilərdən fərqli olaraq, Moskva Bakı ilə İrəvanı tələskən sülh müqaviləsinin imzalanmasına məcbur etmir.
APA-nın məlumatına görə, bunu RİA “Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, “tərəflər arasında çoxdan bəri mövcud olan düşmənçilik münasibətlərini və qurbanları nəzərə alaraq, Rusiya Bakı ilə İrəvanın bu istiqamətdə irəliləyiş əldə etməsinin çətinliyini başa düşür”.
Lavrovun sözlərinə görə, münaqişənin nizamlanması yollarının axtarılması hər iki tərəfdən əhəmiyyətli səylərin göstərilməsini tələb edir.