AZ

I qan qrupu olanlar xərçəngə tutulmur?

Keçən illərdə aparılan bir araşdırma qan qrupunun ciddi xəstəliklərin inkişaf ehtimalını artırdığını iddia edib.

Publika.az xəbər verir ki, Karolinska İnstitutunun bu mövzuda apardığı əvvəlki araşdırmalar A qan qrupu olan insanların mədə xərçənginə tutulma riskinin daha yüksək olduğunu müəyyən edib.

Onkoloq Aleksandr Rumyantsevin sözlərinə görə, qan qrupunun mədəaltı vəzi və mədə xərçəngi, ürək-damar xəstəlikləri və demans hallarına təsir göstərə biləcəyi iddiasının heç bir elmi əsası yoxdur.

Rumyantsev bütün bunları cəfəngiyyat adlandırıb. O, I qan qrupu olan insanların xərçəngə tutulmayacağını iddia edən araşdırmanı təkzib edib.

Seçilən
40
3
publika.az

4Mənbələr