AZ

Neymar yığmaya nə vaxt qayıdacaq?

Neymarın ağır zədəsini sağaltığı məlumdu. Buna baxmayaraq, o, hələ bir neçə ay milli formada görünməyəcək.

“Əl-Hilal”ın ulduz futbolçusu 2025-ci ilə qədər Braziliya yığmasına çağrılmayacaq. Bu barədə “RMC Sport” məlumat yayıb. Dizindən aldığı zədəsi bir ildən sonra sağalan Neymar milli komandaya qayıtmaq üçün müraciət edə bilərdi. Lakin yerli federasiyanın rəhbərliyi onun sağlamlığını risk altına atmamaq qərarına gəlib. 32 yaşlı forvard gələn ilin martında Kolumbiya (20 mart) və Argentina (25 mart) ilə keçiriləcək matçlarda milli formanı yenidən geyə biləcək.

Xatırladaq ki, Braziliya yığması noyabrda DÇ-2026-nın seçmə turnirinin oyunlarında Venesuela (14 noyabr) və Uruqvay (20 noyabr) ilə qarşılaşacaq.

Seçilən
20
football-plus.az

1Mənbələr