AZ

İlkin Həsənidən dövlət qurumuna irad: "Gözləyib, bir il sonra cavab verərdiniz"

Televiziya aparıcısı İlkin Həsəninin "ASAN müraciət" informasiya sistemi vasitəsilə göndərdiyi müraciətinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) doqquz ay sonra geri dönüş edib.

 

Bu barədə aparıcı özünün sosial media hesabındakı paylaşımında qeyd edib.

 

Sözügedən müraciət Bakı şəhəri, Süleyman Vəzirov və Mixail Lermontov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin uşaqlı və əlil arabalı şəxslər üçün yararsız vəziyyətdə olması ilə bağlı olub.

 

Tarix: 5 Noyabr 2024, 18:21   
Seçilən
34
pravda.az

1Mənbələr