AZ

Türkiyədə həkimlər 3 günlük tətilə BAŞLADILAR – FOTO

Türkiyədə həkimlər 3 günlük tətil elan edib və səhiyyə naziri Kemal Memişoğlunu istefaya çağırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyədə iqtisadi böhranla əlaqədar ailə həkimləri 3 günlük işini dayandırmaq qərarına gəlib və Səhiyyə naziri Kemal Memişoğlunu istefaya çağırıb.

Ailə Həkimləri Federasiyasının qərarına əsasən, həkimlər noyabrın 5, 6 və 7-də tətil elan ediblər.

Tibb həmkarlar ittifaqları əmək haqqı sistemində pensiyanın nəzərə alınması və tibbi xidmətlərin keyfiyyətinin aşağı salınmaması üçün dəyişiklik tələb edir.

Tətil zamanı əksər ailə sağlamlıq idarələri bağlanacaq, yalnız təcili yardım şöbəsi açıq olacaq.

Apteklər açıq olacaq. Həmçinin noyabrın 5, 6 və 7-də stomatoloqların tətil etməyəcəkləri və işlərinin davam etdiriləcəyi açıqlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr