Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan sülh sazişi üzrə cavab təkliflərini (11-ci təkliflər paketi) Ermənistana göndərib.
xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bu gün açıqlama vermişdirr ki, İrəvan sülh sazişinin tam olaraq razılaşdırılması üçün təkliflər paketini Bakıya göndərib.
"Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik", - deyə o qeyd etmişdi.