AZ

Rubl yuan qarşısında sürətlə dəyərsizləşir

Bu gün Moskva Birjasında rubl Çin yuanı qarşısında sürətlə dəyər itirməyə başlayıb. Günortadan sonra keçirilən hərraclarda yuanın məzənnəsi 11 oktyabr 2023-cü ildən bəri ilk dəfə 13,733 rubl olub.v

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, analitiklər rublun belə dəyərsizləşməsini bir neçə amillə izah edirlər.

Birinci amil Rusiya valyutasının birjadankənar ticarətdə dollar və avro qarşısında məzənnə itkisinə məruz qalmasıdır – bu, rublun ümumi mövqeyini zəiflədir.

Digər amil xarici valyutaya investisiyaların artmasıdır. Bundan əlavə, ABŞ-da keçirilən prezident seçkiləri, həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin noyabrın 7 noyabrda gözlənilən faiz qərarı da rublun məzənnəsində azalmanı sürətləndirir. Digər tərəfdən, ixracdan gələn valyuta daxilolmaları əvvəlki aylarda sanksiyalar və azalan neft qiymətləri səbəbiylə nisbətən aşağı səviyyədə qalır.

Noyabrın 7-dən dekabrın 5-dək Rusiya Maliyyə Nazirliyi büdcə qaydası çərçivəsində xarici valyuta/qızıl alışı üçün 87,5 milyard rubl məbləğində vəsait ayırmağı planlaşdırır, əməliyyatların gündəlik həcmi 4,2 milyard rubl ekvivalenti olacaq.

Bu, oktyabrın 7-dən noyabrın 6-dək olan dövr ərzindəki gündəlik həcmdən 35,5 faiz çoxdur (3,1 milyard rubl, cəmi 71,8 milyard rubl). Bu artım da xarici valyutaya tələbi yüksəldir.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr