AZ

İspaniya hökuməti daşqınlardan zərər çəkənlərə 10,6 milyard avro ayırdı

Bakı. Trend:

İspaniya hökuməti daşqınlardan zərər çəkənlərə dəstək üçün ilkyardım paketi çərçivəsində təxminən 10,6 milyard avro ayırıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri PedroSançes bildirib.

“İspaniya hökuməti Nazirlər Şurasının iclasında evtəsərrüfatlarına, şirkətlərə, fərdi sahibkarlara və yerli idarələrəkömək üçün nəzərdə tutulmuş mühüm ilk tədbirlər paketinitəsdiqləyib", - Pedro Sançes bildirib.

O qeyd edib ki, bu tədbirlər, dağılmış şərqi Valensiya bölgəsiüçün nəzərdə tutulmuş "dərhal yenidənqurma və bərpa planı"nın birhissəsidir.

"Bu ilk tədbirlər çərçivəsində ümumi investisiya məbləği 10,6milyard avrodan (11,5 milyard dollar) çox olacaq", - o əlavəedib.

Bununla yanaşı, fəlakət nəticəsində nəqliyyat vasitələriniitirənlər üçün kompensasiyalar nəzərdə tutulur. Həmçinin, kiçik vəorta müəssisələrə kömək ediləcək, eləcə də evlərin təmiri üçün 60min avroya qədər yardım göstəriləcək.

P.Sançes əlavə edib ki, hazırda daşqın zonasında təxminən 15 minhüquq mühafizə orqanı və hərbi əməkdaş yerləşdirilib.

"Hələ də itkin düşənlər var, onları tapmaq lazımdır", - o qeydedib.

Qeyd edilir ki, daha əvvəl Valensiya muxtar bölgəsininhakimiyyəti İspaniyanın mərkəzi hökumətindən daşqınlarınnəticələrini aradan qaldırmaq üçün 31 milyard avrodan çox məbləğdəyardım paketi tələb etmişdi.

Xatırladaq ki, 29 oktyabrda İspaniyanın Dövlət MeteorologiyaAgentliyi ölkənin müxtəlif bölgələrində güclü yağışlar səbəbindənəlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdi. İspaniyanıncənubunda və şərqində leysan yağışları nəticəsində hava təhlükəsisəviyyəsi maksimuma yüksəldilmişdi. Təbii fəlakət daha çoxValensiya muxtar bölgəsini təsir edib, burada daşqınlar qeydəalınıb. Hazırda bölgədə 211 ölüm hadisəsi məlumdur. İtkindüşənlərin axtarışı davam edir.

Məqalədə:
Seçilən
22
2
az.trend.az

7Mənbələr