“Zirə”nin braziliyalı legioneri Junior Martins apasport.az saytına açıqlama verib.
Apasport.az xəbər verir ki, qəsəbə klubunun aparıcı üzvü komandasının Premyer Liqanın 12-ci turunda “Şamaxı” (0:2) üzərindəki səfər qələbəsini şərh edib:
“Bu oyuna yaxşı hazırlaşmışdıq. Vacib qalibiyyət oldu. “Şamaxı”ya qarşı səfərdə oynamaq, xal qazanmaq elə də asan deyil. Amma biz bunu bacardıq və qələbə qazandıq. Onlara ilk dövrədə uduzmuşduq. Hər halda, səfərdə qələbə qazana bildik. Bu da bizim üçün sevindirici haldır. Son turlarda xallar itirdik. Azərbaycan Premyer Liqası asan çempionat deyil, hər bir oyun çox çətindir. Amma biz meydana hər zaman uğurlu nəticə üçün çıxırıq”.
Martins Premyer Liqanın 13-cü turunda qarşılaşacaqları “Araz-Naxçıvan”la görüş haqda da pozitiv düşünür: “Artıq bu oyuna hazırlaşırıq. Hamımız anlayırıq ki, çətin görüş olacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Lakin biz qələbə qazana bilərik. Bu gücü özümüzdə görürəm. Meydana qələbə üçün çıxacağıq”.
AFFA "Neftçi"ni cəzalandırdı
Estoniya millisinin Azərbaycanla oyun üçün heyəti bəlli olub
I Liqa: VII turun hakim təyinatları açıqlanıb
Arif Əsədov: "Mahirin inkişafına bu amil təsir edir"
“Bodo-Qlimt” - "Qarabağ" oyununun hakimləri bəlli olub