AZ

Rusiya sərhədində tıxac yaranıb

Qazaxıstan-Rusiya sərhədində 280-ə yaxın yük maşınından ibarət növbə yaranıb.

Oxu24.com bu barədə  Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinə istinadən yazır.

Kurmanqazıda tıxac yaranıb. Məntəqənin buraxılış gücü sutkada 200 avtomobildir. İndi ora hər gün təxminən 250-300 maşın gəlir.

“Tıxacın səbəbi Atırau-Həştərxan avtomobil yolunda təmir işlərinin başa çatdırılması olub ki, bu da nəqliyyat vasitələrinin sayının kəskin artmasına gətirib çıxarıb”, - Respublika Maliyyə Nazirliyi bildirib.

Departamentdən bildirilib ki, sərhəd xidməti ilə birlikdə ləngimələrin azaldılması və Kurmanqazı keçid məntəqəsində yaranmış vəziyyəti tez bir zamanda aradan qaldırmaq üçün hər cür səy göstərirlər.

Bundan əvvəl Rusiya daşıyıcıları yük maşınlarının çatışmazlığı riski barədə xəbərdarlıq etmişdilər. Yük maşınlarının çatışmazlığı yeni gətirilən avtomobillər üçün hurda haqlarının kəskin artması və bahalı lizinq səbəbindən yarana bilər.

Daha əvvəl ruslar yeni avtomobilə nə qədər pul xərcləməyə hazır olduqlarını bildiriblər.

 

Nigar

 

Seçilən
24
oxu24.com

1Mənbələr