Azərbaycan 2-ci Liqasında bu gün 9-cu tura start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.
"Dinamo" "Lerik"ə böyük hesabla qalib gəlib - 4:1. "Şimal" "Saatlı-Araz"ı (2:0), "Şəfa" "Haypers Quba"nı (3:1), "Şəki Siti" isə "Qusar"ı (1:0) məğlub edib.
Qeyd edək ki, turun digər 3 görüşü sabah baş tutacaq.
Azərbaycan II Liqası
9-cu tur
5 noyabr
“Dinamo” – “Lerik” 4:1
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Sənan Atayev, Səbuhi Bayramov
“Neftçi Futbol Mərkəzi” (IV meydança)
“Şimal” – “Saatlı-Araz” 2:0
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Elmin Süleymanov, Niyaz Əhmədov
Siyəzən şəhər stadionu
“Şəfa” – “Hypers Guba” 3:1
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev
“ASK Arena”
“Qusar” – “Sheki City” 0:1
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Emin Abdullayev
“Kapital Bank Arena” (ehtiyat meydança)