14 mövsümdür "Qalatasaray"da çıxış edən və bir çox uğurlara imza atan Fernando Muslera karyersı ilə bağlı qərar verib. Məlumata görə, uruqvaylı qapıçı yaşıl meydanlarla vidalaşacaq.
Qaynarinfo xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk da Musleranın gedişini təsdiqləyib
"Onun niyyəti mövsümün sonunda ölkəsinə qayıtmaqdır. Çox peşəkardır, çox çalışır. Oynayıb davam edəcəyini düşünürəm. Fikrimi soruşsanız, o, qapıçı kimi oynaya biləcək keyfiyyətlərə malikdir", deyə Okan Buruk bildirib.
İndi "Qalatasaray"da ən böyük sual işarəsi Musleranı kimin əvəz edəcəyidir. "Sporx"da yer alan xəbərə görə, "sarı-qırmızılılar"ın qapıçı siyahısı kifayət qədər uzundur.
İddialara görə, "Cim-Bom" PSV-də Valter Benitez, "Napoli"ən Aleks Meret, "Əl-Nəsr"dən Bento, "Latsio"dan İvan Provedel və "Nant"dan Alban Lafont siyahıya salıb. İstanbul klubu yerli qapıçı almağa qərar verəcəyi halda isə "Trabzonspor"dan Uğurcan Çakırla danışıqlar başlayacaq.
Aydın