Əri Burak Özçivitlə Fransaya gedən Fahriye Evcenin krem rəngli xəz paltosu ilə Strasburq küçələrində çəkdirdiyi fotolar böyük əks-səda doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onun izləyiciləri "Xəzinizi nümayiş etdirmək üçün 20 şəkil əlavə etməyə ehtiyac yoxdu", "Yaprak Dökümündəki Neclaya oxşayırsınız", "İnsanlar küçədə sadə geyinir, amma Fahriye Evcen yox" kimi rəylər yazıb.
Qeyd edək ki, 2016-cı ildə məşhur aktyor Burak Özçivitlə ailə quran Fahriye Evcenin iki oğlu var.