AZ

Qazaxıstan və Fransa strateji tərəfdaşlığa dair Birgə Bəyannamə QƏBUL ETDİ

Qazaxıstan və Fransa strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə qəbul ediblər.

İnterpress.az xəbər verir ki, Parisə dövlət səfərinə gələn Qazaxıstan prezidenti Tokayev fransalı həmkarı Makronla görüşüb.

Rəsmi qarşılanma mərasimindən sonra geniş tərkibdə danışıqlar aparılıb. Tərəflər müxtəlif sahələrdə, o cümlədən maşınqayırma, nəqliyyat və logistika, enerji, rəqəmsal inkişaf və səhiyyə sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər. Nəticədə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş Birgə Bəyannamə qəbul edilib.

Bundan əlavə, ümumilikdə Fransa və Qazaxıstan nümayəndələri 2,2 milyard dollar dəyərində 36 sənəd imzalayıblar: 1 hökumətlərarası, 21 idarələrarası və 14 kommersiya.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr