Bakı. Trend:
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.
Belə ki, müxtəlif nömrələrdən vətəndaşlara mesajlar göndərilərəkbağlamalarının müvəqqəti saxlanıldığı və geri qaytarılmaması üçününvan məlumatlarını saxta keçidə daxil olaraq yeniləmək bildirilir.Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdiməlumatlarını ələ keçirmək üçün bölmələr yaradılmışdır.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdəndaxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bankkartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmiməlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyəedir.