Biz Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan mühüm irəliləyişi alqışlayırıq. Uzun illər davam edən düşmənçiliyi, qurbanları nəzərə alaraq, irəliləyiş əldə etməyin Bakı və İrəvan üçün nə qədər çətin olduğunu başa düşürük”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Lavrov RİA-Novosti-yə müsahibəsində deyib.
Lavrovun sözlərinə görə, bütün bunlar qarşılıqlı məqbul həllər tapmaq üçün tərəflərdən nəinki əhəmiyyətli səylər, həm də vaxt tələb edir: “Bu səbəbdən, Qərb psevdovasitəçilərindən fərqli olaraq, biz tərəfdaşlarımızı tələsik sülh müqaviləsi bağlamağa məcbur etmirik. Biz əminik ki, Bakı və İrəvanın mövqeləri, eləcə də yer üzündəki reallıqlar hərtərəfli nəzərə alınmadan tələsik sülh əldə olunması heç də yaxşı heç nəyə gətirib çıxarmayacaq. Əksinə, gərginlik və münaqişənin potensial eskalasiyası riskləri yaradacaq; . Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitlikdə maraqlıdır”.
Lavrov daha sonra deyib: “Biz hesab edirik ki, sülh prosesinin regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələrində və qonşu tərəfdaş dövlətlərlə, kənardan destruktiv müdaxiləni istisna etməklə möhkəmləndirilməsi vacibdir. Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən sıxışdırıb çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini yalnız artırır”.
Lavrov bildirib ki, Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə üçtərəfli sazişlər əsasında tərəfdaşlıq yardımı göstərməyə hazırdırlar.
Azpost.info