İstanbulda müəmmalı şəkildə yoxa çıxan iş adamı Rəcəb Ataşın qətlə yetirildiyi üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onun ortağı tərəfindən öldürüldüyü müəyyən edilib.
Günahını etiraf edən Sedat T. "Ona borcum var idi. Ödəyə bilmirdim. Qaytarmam üçün israr etdi və məni depressiyaya saldı. Əsəbləşdim və onu güllələdim. Cəsədi və silahı meşəlik əraziyə atdım" deyə bildirib.
Polis şübhəlinin göstərdiyi yerdə meyit itləri ilə axtarış apararkən əvvəlcə cəsədi, daha sonra hadisədə istifadə edilən silahı tapıb.
Şübhəli tutularaq həbsxanaya göndərilib.