Sentyabr ayında ABŞ-də ticarət balansının defisiti aylıq 19,2% artaraq 84,4 milyard dollara çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin İqtisadi Araşdırmalar Bürosu məlumat yayıb.
Avqust ayı ilə müqayisədə bu göstərici 13,6 milyard dollar artıb və 83,8 milyard dollar olan gözlənilən səviyyəni üstələyib.
Belə bir dinamika, ABŞ-dən ixracın 1,2% azalması (267,9 milyard dollar) və idxalın 3% artması (352,3 milyard dollar) ilə təmin edilib.
2022-ci ildə ABŞ-də ticarət balansının defisiti rekord səviyyəyə, 1,18 trilyon dollara çatmışdı. 2023-cü ildə isə bu rəqəm 18,7% azalaraq 773,4 milyard dollar və ya ÜDM-in 2,8%-nə düşüb.