AZ

“Pul söhbəti”nə “Neftçi”dən reaksiya gəldi - AÇIQLAMA

“Saytınızda “Qaradağ Lökbatan”ın büdcəsinin azaldılması ilə bağlı yer alan xəbər həqiqəti əks etdirmir. Bunu klub rəsmisi kimi tam əminliyimlə qeyd edirəm”.

Bu sözlər “Neftçi” İdman Klubunun mətbuat katibi Vaqif Alıoğluna məxsusdur.

Ötən gün saytımızda yer alan “Premyer Liqa xəyalı gerçəkəşmədi, büdcə kəskin azaldıldı” başlıqlı xəbərdə Lökbatan təmsilçisinin aylıq xərclərinin 16 min manat azaldığını və klubun AFFA-dan ayrılan aylıq 30 min manat hesabımna yaşadığını diqqətinizə çatdırmışdıq.

“Qaradağ Lökbatan” “Neftçi” İK-nın nəzdində olduğundan, sözügedən təşkilatın sözçüsü məsələyə bu cür reaksiya verib:

“Xəbərdə bildirilir ki, “Qaradağ Lökbatan” yalnız AFFA-nın ayırdığı 30 min manatın hesabına xərcləri qarşılayır. Bu, həqiqəti əks etdirmir.

Bəli, digər klublara olduğu kimi, “Qaradağ Lökbatan”a da AFFA tərəfindən illik 300 min manat yardım olunur. Ancaq futbolda olan hər kəs bilir ki, bu vəsaitlə bütün xərcləri qarşılamaq mümkün deyil.

Dünənə qədər “Neftçi” İK-dan “Qaradağ Lökbatan”a nə qədər maliyyə ayrılırdısa, bu gün də elədir. Hansısa azaldılmadan qətiyyən söhbət gedə bilməz”.

I Liqada iştirak edən lökbatanlılar geridə qalan həftələr ərzində 5 məğlubiyyət alıb və cəmi 1 xal toplayıb. Bu göstərici onları turnir cədvəlinin «dib»inə – 10-cu pilləyə yuvarlayıb.

«Qaradağ» 2 ildən artıqdır sükan arxasında olan Azər Həşimovla 3-cü turdan sonra vidalaşıb. Bu post Amit Quluzadəyə tapşırılıb.

Komanda ötən mövsüm çempionluq yarışında «Şamaxı»ya uduzub. Axırdan öncəki tur evdə «şirlər»ə 2:3 hesabıyla yenilərək, tarixində ilk dəfə Premyer Liqaya vəsiqə qazanmaq fürsətini qaçırıblar.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
40
sportinfo.az

1Mənbələr